Maaşı verilməyən işçi “Azərbaycan Dəmir Yolları”nı məhkəməyə verdibackend

Maaşı verilməyən işçi “Azərbaycan Dəmir Yolları”nı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maaşını ala bilməyən işçi “Azərbaycan Dəmir Yolları” QSC-ni məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, QSC ilə bağlı məhkəmədə iddianı dəmir yollarının əməkdaşı İsmayılov Fərid Nürəddin oğlu qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı “Azərbaycan Dəmir Yolları”ndan əmək haqqını tələb edir.
Şikayətçinin müraciəti əsasında işə 24 iyun tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə baxılacaq.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar