Maaşda kişi-qadın fərqi

Maaşda kişi-qadın fərqi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Əmək Təşkilatı kişilərin və qadınların maaşı arasında fərqi göstərən hesabat açıqlayıb. Novator.az-ın məlumatına görə, qadınların kişilərdən orta hesabla 16-22% az əməkhaqqı aldığı bildirilir.

Aylıq maaşda gender bərabərliyinin ən çox pozulduğu ölkə kimi Pakistan göstərilir. Bu ölkədə kişilər qadınlardan 62,5% çox maaş alır.

Avropa İttifaqı ölkələri arasında ən pis göstərici Niderlanddadır. Beynəlxalq Əmək Təşkilatı qeyd edir ki, Niderlandda qadınların aylıq maaşı kişilərin maaşından 40,3% azdır.

Panama, İordaniya və Kabo Verdedə qadınlarla kişilərin maaşı fərqlənmir, Tailandda və Syerra-Leonede isə qadınların maaşı kişilərin maaşından çoxdur.

Hesabata əsasən, Ermənistanda qadınların aylıq məvacibi kişilərin əməkhaqqından 35% azdır. Rusiyada analoji göstərici 30,6%-dir.