Maaşa əlavələri necə almaq olar? – Deputatdan açıqlamabackend

Maaşa əlavələri necə almaq olar? – Deputatdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edəndən sonra belə ödənişlərin necə alınması ilə bağlı suallar meydana gəlir. Qeyd etmək istərdik ki, bu, fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir”.

Tribunainfo.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər:

“İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir. Həmin müqavilələrdə işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əməkhaqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu, bir tərəfdən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər.

Bu halda işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar. Bu əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavələrin ödənilməsinə gətirib çıxara bilər”, – deyə deputat vurğulayıb.