“İqtisadi fəallğı təmin etmək üçün pul kütləsini artırmalıyıq. 2017-ci il dövlət büdcəsində heç bir sosail layihə ixtisar olunmayıb”.
“İqtisadi fəallğı təmin etmək üçün pul kütləsini artırmalıyıq. 2017-ci il dövlət büdcəsində heç bir sosail layihə ixtisar olunmayıb”.
TİA.AZ xəbər verir ki, bunu 2017-ci ilin dövlət büdcəsi barədə çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri bildirib ki, investisiyalar üçün kifayət qədər vəsait ayrılmalıdır:
“Məktəblərin tikintisi nəzərdə tutulur, çünki hələ də qəzalı məktəblər var. 2017-2018-ci illərdə bir dənə də olsun təmirsiz məktəb qalmayacaq. Təmirsiz məktəblərin hamısı tamamilə sökülüb yerində yenisi tikiləcək. Son illərdə təhsildə islahatların səmərəliliyin yüksəlməsi istiqamətində işlər təsdiqləyir ki, dövlət büdcəsində təhsil, səhiyyə üçün kifayət qədər vəsait nəzrədə tutulub”.
Z.Səmədzadə qeyd edib ki, buna baxmayaraq, müəyyən qədər yoxsulluq və işsizlik problemi var: “Bunun azaldılması istiqamətində işlər görülür. Pensiyalar, əmək haqqı artırılacaq. Bunun üçün iqtisadi fəalllıq olmalıdır. İqtisadi fəallığın azaldılmasını nəzərə alıb təkcə dövlət deyil, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olmalıyıq. Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir”.
Komitə sədri daha sonra bank sektorunda olan problemlərdən danışıb: “Ölkəyə indiyədək 200 mlrd. manatdan çox investisiya gəlib. Son 2 ildəki vəziyyət narahatlıq doğurur. 700 mln. manatdan çox kredit verilib ki, bu da ÜDM-in cəmi 1 %-ni təşkil edir. Pul kütləsini artırmalıyıq ki, iqtisadi fəallğı təmin edək. Maliyyə Sabitliyi Şurası problemlərin qaldırılmasına imkan verəcək. Maliyyə bazarı ilə real sektor arasında optimal nisbətin olmasına nail olmalıyıq. Bankların real sektora dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fondu nümunə ola bilər”.
Z.Səmədzadə vurğulayıb ki, yaxın gələcəkdə metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur: “Bütövlükdə sənaye strukturu tamamilə dəyişir. Yüngül sənayenin xüsusu çəkisi hazırda cəmi 3%-dir. Bu müəssisələr sürətlə tikilməlidir ki, normal sənaye struktruruna malik olaq. Bu layihələr hesabına dövlət büdcəsinin maliyyə əsasları möhkəmlənəcək”.