LVOVA HÜCUM: DAĞINTILAR ALTINDA QALANLAR VARbackend

LVOVA HÜCUM: DAĞINTILAR ALTINDA QALANLAR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçıları növbəti dəfə gecə saatlarında pilotsuz uçuş aparatları ilə Ukrayna şəhərlərinə hücum edir. Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Təxminən saat 22:52-də hərbçilər Primorsko-Axtarskdan (Krasnodar diyarı) Şahed tipli hücum PUA-larının buraxılışını qeydə alıblar. Onlar ukraynalıları hava hücumu siqnallarına məhəl qoymamağa çağırıblar.

İndi Xerson, Dnepropetrovsk və Zaporojye vilayətlərində həyəcan təbili çalınır. Saat 00:00-da məlum olub ki, bir qrup pilotsuz uçuş aparatı Krivoy Roq istiqamətində hərəkət edir.

Artıq saat 00:13-də Poltava, Sumı və Xarkov vilayətləri üçün ballistik silahlardan istifadə təhlükəsi elan edilib. Kirovoqrad və Nikolayev vilayətlərində dron təhlükəsi var.

“Anbarda dağıntılar altından bir nəfər çıxarılıb. Əməliyyat işləri davam etdirilir. Yəni, hələlik hücum nəticəsində bir nəfərin yaralandığı barədə məlumatımız var”, – o yazıb.