“Lux Residence” şirkətinə qarşı məhkəmə başladı

“Lux Residence” şirkətinə qarşı məhkəmə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayon Məhkəməsində vətəndaşlar – Sabirə Cəfərova və Mələkə Əzizovanın “Lux Residence” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nail Abbasovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.

Qeyd: Vətəndaşlar – Sabirə Cəfərova və Mələkə Əzizoba “Lux Residence” MMC-ni məhkəməyə verərək müqavilənin etibarsız hesab edilməsi barədə tələb irəli sürüb.