Fransa polisi Luvr muzeyindəki qarət işi üzrə daha üç şübhəlini saxlayıb.
Bu barədə “Le Figaro” qəzeti Paris prokurorluğuna istinadən məlumat yayıb.
Şübhəlilər bir kişi və iki qadındır. Qadınlardan biri 31, digəri isə 40 yaşındadır. Kişinin yaşı açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 19-da bir neçə nəfər muzeyin pəncərələrini sındıraraq zərgərlik və zinət əşyalarını oğurlayıblar.










