Parisdə yerləşən Luvr muzeyindəki yüksək dəyərə malik bəzi zinət əşyaları təhlükəsizlik tədbirləri çərçivəsində Fransa Mərkəzi Bankının qorunan anbarına köçürülüb.
Tribunainfo.az xəbər verir ki, bu qərar ötən həftə muzeydə baş vermiş oğurluq cəhdindən sonra verilib.
Fransız mətbuatının yazdığına görə, əşyaların daşınması prosesi polis müşayiəti ilə həyata keçirilib.
Muzey rəhbərliyi təhlükəsizlik sistemlərinin yenidən qiymətləndirildiyini və zərgərlik bölməsinin müvəqqəti bağlandığını açıqlayıb.
Qeyd edək ki, Luvr dünyanın ən çox ziyarət edilən muzeylərindən biridir və burada saxlanılan incəsənət əsərlərinin ümumi dəyəri milyardlarla avro ilə ölçülür.










