“Lüt gediblər, “platyada” gediblər, bilmirəm” – Aqil Abbasbackend

“Lüt gediblər, “platyada” gediblər, bilmirəm” – Aqil Abbas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Avroviziya-2023 təmsilçilərimizin geyimlərinə reaksiyalar durmadan artır. Fikir bildirənlərin əksəriyyəti isə müsabiqəyə qatılan Tural və Turanın köynəyi və saç düzümlərini tənqid edir, Azərbaycanın yarışmada bu cür geyimlə təmsil olunmasını düzgün saymadıqlarını bildirirlər.
Bakupost.az məsələ ilə bağlı millət vəkili Aqil Abbasın fikirləri ilə maraqlanıb.
Millət vəkili nə əvvəllər, nə də indi “Avroviziya” ilə maraqlanmadığını bildirib:
“Təmsilçilərimizin geyimlərini də görməmişəm. Bu, mənim üçün maraqlı deyil. Kimlərin getdiyi, nə geyindikləri barədə də məlumatsızam. Lüt gediblər, “platyada” gediblər, bilmirəm”.