“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılıb.
Tribunainfo.az xəbər verir ki, 32 yaşlı qapıçı 2 ildən sonra milliyə dəvət alıb.
Belə ki, Rusiya yığması martın 21-i Serbiya ilə, 25-i isə Paraqvayla yoldaşlıq görüşü keçirəcək. Lunyov da bu görüşlərin iştirakçısı olacaq.
Qeyd edək ki, Andrey Lunyov cari mövsümün əvvəlindən “Qarabağ”da çıxış edir.