“Lukoyl” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxardı

“Lukoyl” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Rusiya neft şirkətləri “Rosneft” və “Lukoyl”un törəmə qurumlarını sanksiya siyahısına daxil etməsindən sonra “Lukoyl”dan diqqətçəkən açıqlama verilib.

Valyuta.Az-ın verdiyi xəbərə görə, Türkiyə, Rumıniya, Bolqarıstan və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə yanacaqdoldurma məntəqələri işlədən şirkət, xarici aktivlərini satışa çıxarmaq qərarına gəldiyini bildirib.

“Lukoyl” Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası ilə fəaliyyət göstərir.
Şirkətin rəsmi internet saytında yayımlanan açıqlamada qeyd olunub:

“Lukoyl beynəlxalq aktivlərini satmaq niyyətindədir. Potensial alıcılardan təkliflərin qiymətləndirilməsi prosesinə start verilib”.