“Lukoil-Azərbaycan”ı cərimələdilər

“Lukoil-Azərbaycan”ı cərimələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lukoil-Azərbaycan” QSC yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə cərimələnib.

Tribunainfo.az xəbər verir ki, “Lukoil-Azərbaycan” haqqında İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə icraat başladılıb.
Maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Lukoil-Azərbaycan”ın işinə 19 mart tarixində Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

Nigar