Lukaşenkodan nazirlərə: “Məşuqələrinizi öz pulunuzla saxlayın”

Lukaşenkodan nazirlərə: “Məşuqələrinizi öz pulunuzla saxlayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko İdman Nazirliyinin nümayəndələri ilə görüşdə bir sıra maraqlı və qəribə açıqlamalar verib.

Tribunainfo.az  BELTA agentliyinə istinadən xəbər verir ki, belarus prezident hakimiyyət orqanlarının idmana dəstək verəcəyini, lakin yatırılan hər rublun geri qaytarılmalı olduğunu bəyan edib.

O, İdman Nazirliyi və digər nazirliklərə də xəbərdarlıq edib ki, bəzi məsələlərdə diqqətli olsunlar. Lukaşenkonun qəribə və maraqlı açıqlaması isə məmurların məşuqələri ilə bağlı olub. “Bu gün bu pulların hara getdiyini görmək problem deyil. Xahiş edirəm, qohumlarınıza, dostlarınıza və məşuqələrinizə öz imkanlarınızla dəstək olun. Onları öz pullarınızla saxlayın”.

Fərda Uğur