Lukaşenko Zelenskidən üzr istəyib

Lukaşenko Zelenskidən üzr istəyib – “Mənlik deyil, Putinin raketləridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada müharibəyə başlyanda Belarus prezidenti Aleksandr Lukaşenko Kiyevdən üzr istəyib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində danışıb. O deyib ki, Lukaşenko Belarus ərazisindən edilən raket hücumlarına görə bütün günahı Kreml rəhbəri Putinin üzərinə atıb:

“Ukrayna Belarus ərazisindən atəşə tutulanda, Lukaşenko mənimlə telefon danışığında bildirdi ki, “Volodya, bu mənlik deyil, Putinin raketləridir, mən ona bunun lazım olmadığını söylədim. Bu hücumun mənə dəxli yoxdur””.

Zelenski deyib ki, Lukaşenkoya Putin kimi qatil olduğunu xatırladanda, o, Kiyevə Mozır neft emalı zavoduna zərbə endirməklə cavab verməyi təklif edib.