LUKAŞENKO ZƏHƏRLƏNİB?backend

LUKAŞENKO ZƏHƏRLƏNİB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur ukraynalı jurnalist, televiziya şərhçisi Dmitri Qordon Belarus prezidenti Aleksandr Lukaşenkonun zəhərləndiyini açıqlayıb.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, jurnalistin sözlərinə görə, “Son olaraq demək istəyirəm: Lukaşenko ilə ehtiyatlı olun, mənə elə gəlir ki, o, zəhərlənib. Ona diqqətlə baxın”.

Eyni zamanda Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin Belarus prezidentinin səhhətinin pis olduğunu bildirib. Onun sözlərinə görə, söhbət Kovid-19-a yoluxmaqdan getmir və Belarus liderinin yəqin ki, istirahətə ehtiyacı var.

Qeyd edək ki, Lukaşenko artıq beşinci gündür ki, rəsmi tədbirlərdə iştirak etmir.
Moskvada 9 May Qələbə Paradından sonra o, tələsik Minskə getdi və o vaxtdan bəri ictimaiyyət arasında görünmür.