Lukaşenko yenə Putinə meydan oxudu: – Dözməyəcəyik

Lukaşenko yenə Putinə meydan oxudu: – Dözməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Belarusda süd məhsullarına qadağa qoymaq planları cavabsız qalmayacaq.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. O, Belarusun bu tip qadağalara dözməyəcəyini bildirib:

“Biz onlara südü özümüzün lazım bildiyimiz qiymətlə verəcəyik. Qoy onlar rusiyalılar üçün qiyməti artırsınlar. Biz buna dözməyəcəyik”.

Qeyd edək ki, Moskva Belarusdan süd məhsullarının idxalını qadağan edib.