Belarus lideri Qərb ölkələrinin KTMT-nin məsuliyyəti zonasında münaqişələrin həllinə cəlb olunmaq cəhdlərini tənqid edib.
Tribunainfo.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko KTMT ölkələrinin xarici işlər nazirləri ilə görüşündə deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Qərbdən məsləhətçilər ora daxil olarsa təşkilatın məsuliyyət zonasında münaqişələrin həllində çətinlik çəkəcəklər.
Belarus prezidenti KTMT ölkələrinin xarici işlər nazirlərini problemləri həll etməyə çağırıb.
“Sizsiz heç kim bu məsələləri həll etməyəcək. Sizdən xahiş edirəm: nə qədər çətin olsa da, biz bu problemləri gündəmə gətirib həll edəcəyik”, – Lukaşenko deyib.
Bu kontekstdə o, Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna müraciət edib.
“Azərbaycan və Ermənistanın ən çətin probleminə diqqət yetirsək… Niyə ən çətin? Çünki Azərbaycan və Ermənistan qonşu dövlətlərdir. Deməli, birtəhər, münaqişənin həlli üçün işə qarışmalıyıq”, – Belarus lideri bildirib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.