LUKAŞENKO DA BURNUNU QƏZZA MÜNAQİŞƏSİNƏ “SOXDU” – İRANA MESAJ

LUKAŞENKO DA BURNUNU QƏZZA MÜNAQİŞƏSİNƏ “SOXDU” – İRANA MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Yaxın Şərqdəki münaqişənin nizə ucunu İrana qarşı yönəldir. Tribunainfo.az xəbər verir ki, bunu oktyabrın 17-də Belarus prezidenti Aleksandr Lukaşenko İranın birinci vitse-prezidenti Məhəmməd Moxberlə görüşündə bildirib.
Onun sözlərinə görə, dünyada vəziyyət qızışır. “Yaxın Şərq böhranı ona kömək edir ki, bizə dost olmayan ölkələr – Amerika Birləşmiş Ştatları və Qərb bu münaqişənin nizəsini daim İrana qarşı yönəldir. Bunu daha yaxşı hiss edirsən. Cavabımız birdir: biz bir-birimizlə daha sıx işləməli, bu hücumlara qarşı birgə əməkdaşlıq etməliyik”, – Lukaşenko vurğulayıb.
O qeyd edib ki, Belarus və İran Qərbin hücumlarına müqavimət göstərmək üçün bir-biri ilə daha sıx əməkdaşlıq etməlidir. “Siz Belarusdakı vəziyyəti bilirsiniz. Bu, təxminən sizinlə eyni vəziyyətdir. Dövlətlərimizə edilən təzyiq misilsizdir, lakin siz artıq müəyyən dərəcədə buna müqavimət göstərməyi öyrənmisiniz və təcrübəniz bizim üçün çox vacibdir. Məni daim təəccübləndirən odur ki, bu müddət ərzində həyata keçirilən bu irimiqyaslı aksiyalar zamanı İran öz inkişaf səviyyəsini heç də aşağı salmayıb, əksinə, xeyli artırıb”.