Belarus nüvə silahını dəyişdirib.
Tribunainfo.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə prezident Aleksandr Lukaşenko bildirib.
“Nüvə silahlarımızı, bildiyiniz kimi, bir daha dəyişdirdik. Rusiyaya apardıq və ən yenisini gətirdik. Baha başa gəlsə də ruslar kömək edir”, – o deyib.
Lukaşenkonun sözlərinə görə, Belarus ordusu belə silahlarla işləmək üçün təlim keçib. Prezident nüvə silahını “dəhşətli şey” adlandırıb.
Xatırladaq ki, Lukaşenko Belarusun müharibədə mümkün iştirakı ilə bağlı açıqlama vermişdi. O, qeyd edib ki, Minsk ölkəni narahat etmədikcə müharibəyə girməyəcək.
Dəniz Pənahova










