“Lukaku bizi həmişə narahat edirdi” – De Byazi

“Lukaku bizi həmişə narahat edirdi” – De Byazi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Belçika yığmasının üzvü Romelu Lukakunun millimizə qarşı oyununu dəyərləndirib.

Tribunainfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Roma”nın yeni transferinin millimizə çox çətinlik yaşatdığını bildirib:

“Hələ ən yaxşı formada deyil, amma zamanla inkişafdadır. Bizimlə matçda bütün keyfiyyətlərini ortaya qoydu: o, hər zaman arxası qapıya doğru oynayaraq özünü çox yaxşı tərəfdən göstərdi. Ona dəstək olsanız, ya sonda özü qol vuracaq, ya da onu dayandırmaq çox çətin olacaq. Meydanda olduğu bir saat ərzində oyuna necə reaksiya verdiyini gördüm. Yaxşı oynadı və bizi həmişə narahat edirdi. İndi ona davamlı oynamaq lazımdır. Lukaku inanılmaz bədən quruluşuna və hər şeydən əvvəl fiziki gücə malikdir. Tam formaya düşdükdən sonra qarşısıalınmaz olacaq. Lukaku həqiqətən “Roma” üçün əla transferdir, “Roma”ya belə forvard lazım idi. Dibala ilə birlikdə əla cütlük ola bilərlər”.

Xatırladaq ki, “Dalğa Arena”da keçirilən Azərbaycan – Belçika matçında qonaqlar 1:0 hesablı qələbə qazanıblar.