“Lotu Quli”nin kirvəsinin növbəti məhkəməsi keçirilib.
“Lotu Quli”nin kirvəsinin növbəti məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.
M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.
Məhkəmədə şahid qismində Daxili İşlər Nazirliyinin əməkdaşı Sərxan Kamalov dindirilib.
O bildirib ki, keçən il mart ayında Nəsimi rayon ərazisində əməliyyat məlumatı daxil olub: “Raportla Nəsimi Polis İdarəsi məlumat gəldi ki, həmin şəxs narkotik alveri ilə məşğul olub. Biz əməliyyat keçirdik və saxladıq. Cibindən İphone markalı telefon və bükümdə 200 qramdan çox narkotik vasitə aşkarladıq. Protokollaşdırdıqdan sonra maşınında axtarış apardıq. Silah və 16 ədəd patron götürüldü. Maşından da 300 qram narkotik maddə aşkarlandı. Həmin vaxt vəkil və hal şahidləri vardı. Bizim qrupdan başqa Nəsimi rayon Polis İdarəsinin əməkdaşkarı da axtarışda olub”.
Şahid deyib ki, əməliyyat zamanı təqsirləndirilən şəxsə heç bir təzyiq və işgəncə olmayıb.
Prosesdə şahid vəkilin suallarını cavablandırıb. Polis əməkdaşı hadisədən uzun bir müddət keçdiyindən bəzi detalları xatırladamadığını deyib.
Təqsirləndirilən Namazov isə şahidin dediklərinə belə cavab verin: “Bunlar polis məktəbinində polisliyi deyil üzə durmağı oxuyublar. Mənim gülməyim gəlir. Baxın mənim maşınımdan, evimdən patron çıxır. Bəs silah hanı? bir kəlmə demək istəyirəm ki, kişi kişinin üzünə durmaz. Məni tutanda dedilər ki, sifariş yuxarıdandır”.
Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, onun avtomobilindən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.
İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.
Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.
Proses şahidlərin dindirilməsi ilə davam edəcək. Proses avqustun 2-də davam edəcək.
Xatırladaq ki, “Lotu Quli”nin yeznəsi Vidadi Hüseynov da həns edilmişdi. O da narkotik ittihamı ilə həns edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov “Bulaq”restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.
Bildirək ki, “Lotu Quli” 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.