“Lotu Quli”nin daha 3 adamı TUTULDUbackend

“Lotu Quli”nin daha 3 adamı TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kamçatka vilayətində “Lotu Quli”nin tərəfdarı olan “Molodoy” ləqəbli Elşad Quliyev ilə birgə daha üç azərbaycanlı saxlanılıb.

Tribunainfo.az lent.az-a istinadən xəbər verir ki, onlar quldurluqda, reketçilikdə, qanunsuz silah gəzdirmədə, habelə özgə əmlakına ziyan vurmaqda ittiham olunurlar.

24 yaşlı Cavid Məmmədov, 54 yaşlı Bəhmən İbayev və 41 yaşlı İbrahim Muradov yerli ticarətçilərdən milyonlarla rubl mənimsəyiblər.

Hazırda Elşad Quliyevlə birgə digər şəxslərlə bağlı istintaq başlanılıb.