Loristan qubernatoru: “İsrail diversantları İrana daxil olub”

Loristan qubernatoru: “İsrail diversantları İrana daxil olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xürrəmabad və Çegin əyalətlərində İsrail diversiya qrupu peyda olub. Tribunainfo.az xəbər verir ki, bunu Loristan vilayətinin qubernatoru Rza Sepahvənd bildirib.
O deyib ki, əraziyə sızmış İsrail qrupları konkret adamları hədəfə alaraq, onları öldürürlər. O həmçinin qeyd edib ki, diversantları ələ keçirmək hələ mümkün olmayıb.
Sepahvənd qeyd edib ki, İsrail hücumları nəticəsində Loristanda indiyə qədər 21 nəfər həlak olub.

Fərda Uğur