Loqoları ilə mesaj verən məşhur brendlər – Adəm, Həvva, ölüm, qadın sinəsi… – FOTOLAR

Loqoları ilə mesaj verən məşhur brendlər – Adəm, Həvva, ölüm, qadın sinəsi… – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Loqo yoxsa gizli mesaj?

Dünyada bir çox məşhur firmalar var ki, bunlarında özlərinə məxsus loqoları var. Bu loqolar kənardan baxıldığında sadəcə bir nişanə təsiri bağışlasa da, əslində hər birinin özünə məxsus gizli mənasının da olduğu bildirilir. Gəlin, birlikdə bunlarla tanış olaq.

–        “Apple”

Apple LOGO ile ilgili görsel sonucu

“Apple”-nin loqosunun niyə dişlənmiş alma olduğunu heç düşünmüsünüz? Bu dişlənmiş almanın əsas məğzi Adəm və Həvvanın dişlənmiş alma məsələsinə gedib dayanır. Eyni zamanda, ilk kompüterlərin kəşfində böyük rolu olan Elan Turningin yediyi zəhərli almaya işarə edildiyi də düşünülür.

–        “Mercedes”

Mercedes LOGO ile ilgili görsel sonucu

Dünyaca məşhur maşın markası olan “Mercedes”-in 3 fərqli istiqamətə baxan loqosu 3 məna ifadə edir. Bu işarə quruda, dənizdə və havada hakimiyyətin onların əlində olmasını göstərir.

–        “Amazon.com”

Amazon.com LOGO ile ilgili görsel sonucu

Ən böyük onlayn alış-veriş saytı olana Amazonun da loqosunun özünəməxsusu mənası var. Belə ki, altdakı ox işarəsi gülən insan üzünə, yəni müştəri məmnuniyyətinə işarədir. Oxun a-dan başlayıb z-yə getməsi də elə-belə yaranmayıb. Bu da müştərilərin burada a-dan z-yə qədər hər şey tapa biləcəyini göstərir.

–        “Formula 1”

Formula 1 LOGO ile ilgili görsel sonucu

Formula 1 sürət sevərlərin adətinə çevrilən ən məşhur maşın yarışıdır. Formula 1-in loqosu normal şərtlər daxilində qarşıdakı qırmızı bölgənin 1 rəqəminin göstəricisi olduğu bilinsə də, belə deyil. 1 rəqəmini F hərfi ilə qırmızı bayrağın ortasındakı ağ hissəyə baxıldıqda görmək olur.

–        “Lg-Life is good”

Lg-Life's good LOGO ile ilgili görsel sonucu

Lg gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz elektronika istehsal edən Cənubi Koreya markasıdır. Onun loqosunda L və G hərfi ilə gülən üz ifadə edilməyə çalışılsa da, bəzi tədqiqatçılar bu loqonu “Pac-Man” oyununun uğursuz forması olduğunu söyləyir.

–        “Pepsi”

Pepsi LOGO ile ilgili görsel sonucu

Pepsinin bu loqosunu heç tərs çevirib baxmısınız? Baxmamısınızsa, buradakı gizli mənanı da görməmisiniz. Butulkanı tərs çevirib baxdıqda burada “is dead” yəni “ölü” yazıldığını görə bilərik. Əslində bizə ürpərdici səslənən bu yazı Meksikada ölüləri anmaq üçün keçirilən “Ölülər günü” bayramına ithafəndir.

–        “Starbucks”

Starbucks LOGO ile ilgili görsel sonucu

Onlarca qəhvə növü və rahat çalışma ortamı olan Starbaksın loqosunun mənası da bir o qədər qəribədir. Starbaks yaşıl qadın simvolunu yunan mifologiyasındakı Siren-dən alır. Belə ki, Sirenlər yunan mifologiyasında dənizçiləri gözəllikləri ilə aldadaraq toruna salıb öldürən qəribə məxluqlardır. Ayrıca firma ilk loqolarında qadın sinəsini açıq verdiyi halda, indiki loqosunda sinənin üzərinə saç gəlir.