LONDONDAKI SƏFİRLİYİMİZƏ HÜCUMDA GİZLİNLƏR… ƏSL MƏQSƏD NƏ OLUB? – ŞƏRHbackend

LONDONDAKI SƏFİRLİYİMİZƏ HÜCUMDA GİZLİNLƏR… ƏSL MƏQSƏD NƏ OLUB? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəmmalı hadisədir. Diplomatik nümayəndəliklərin mühafizəsi qəbul edən (yerli) dövlətin məsuliyyətindədir”. TİA.Az bildirir ki, siyasi şərhçi Şahin Cəfərli radikal islamçıların Londondakı səfirliyimizə hücumunu belə qiymətləndirir.
“Necə olub ki, həmin radikal qrup belə asanlıqla səfirlik binasına daxil ola bilib? Polis hara baxırmış? Polisdən əlavə, səfirliyin özünün mühafizə xidməti varmı və varsa, onlar olay zamanı nə edib, hansı tədbiri görüb?


Provokasiyanı törədən radikal qrup kimdir? (Adı önəmli deyil.) Məramı nədir? Bunlar Britaniya vətəndaşlarıdır, yoxsa qaçqın və ya başqa statusla orada yaşayırlar? Niyə Azərbaycanı hədəf seçiblər?- ekspert suallar ünvanlayır. Onun fikrincə, bu sualların cavablarını bilmədən hadisəyə dəqiq qiymət vermək mümkün deyil: “Əlbəttə ki, hər kəs bu olayı istədiyi şəkildə qiymətləndirməkdə sərbəstdir, lakin mən hələlik yalnız Böyük Britaniya hökumətinin hadisəyə görə məsuliyyət daşıdığını qeyd etmək istərdim. Onlar bu barədə izahat verməlidir”.

TİA.Az