LONDONDA YANĞIN ZAMANI UŞAQLAR PƏNCƏRƏDƏN ATILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda 24 mərtəbəli binada baş verən yanğının ilkin səbəbi bilinib. 

Londonda 24 mərtəbəli binada baş verən yanğının ilkin səbəbi bilinib.

TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, yanğının mənzillərdən birində soyuducunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir. London polisi 6 nəfərin öldüyünü açıqlayıb, 74 nəfər isə xəstəxanalara yerləşdirilib. Onlardan 20-sinin vəziyyəti kritik olaraq dəyərləndirilir. 

Binada köməksiz vəziyyətdə qalanların olduğu deyilir. Fövqəladə halların əməkdaşları 9 saatdir ki, fasiləsiz olaraq yanğını söndürməyə çalışırlar. 

Yanğından xilas olmaq üçün özünü binadan atanların olduğu bildirilir. Bəzi ailələr isə uşaqlarını binadan atmağa məcbur olublar.

Şahidlərin sözlərinə görə, çarəsiz qalan bir qadın pəncərədən əl-qol hərəkətləri ilə körpəsini aşağı atacağını və onu tutmaq lazım olduğunu başa salmağa çalışıb. Daha sonra qadın körpəsini binanın 10-cu mərtəbəsindən atıb və aşağıda duran bir nəfər uşağı tutmağı bacarıb. 

BBC-yə danışan şahidlərdən biri isə bildirib ki, 6 uşağı ilə 21-ci mərtəbədən aşağı düşən qadın görüb, lakin ən aşağı mərtəbədə qadının yanında cəmi 4 uşağı qalıb. 

Başqa bir şahid isə binada qalanların pəncərələrdən uşaqlarını aşağıya doğru atdıqlarını və “sadəcə uşaqlarımı xilas edin” deyə qışqırdıqlarını bildirib.