backend

London ayağa qalxdı – Meydən ilk açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Baş naziri Tereza Mey paytaxt Londonda 24 mərtəbəli binada baş verən yanğına görə başlayan etirazlarla bağlı çıxış edib.  

İngiltərə Baş naziri Tereza Mey paytaxt Londonda 24 mərtəbəli binada baş verən yanğına görə başlayan etirazlarla bağlı çıxış edib.


TİA.AZ “Xəbərtürk” saytına istinadən xəbər verir ki, Mey yanğından zərər çəkmiş sakinlərə 5 milyon funt-sterlinq yardım olunacağını açıqlayıb.

Etirazçılar yanğının baş verdiyi “Qrenfel Tover”də təhlükəsizlik tədbirlərinin yetərli səviyyədə olmadığını söyləyiblər. Onlar binada yanğın siqnallarının işləmədiyini, yanğınsöndürən balonların quraşdırılmadığını bildiriblər.

İngiltərə mediası binanın xarici örtüyünün yanğına davamsız olduğunu yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Londonda 24 mərtəbəli yaşayış binasında yanğın olub. Son məlumata görə, yanğında 70 nəfər ölüb.