Lökbatan yolunda qorxulu anlar: Avtobus sərnişinləri ölümdən döndülər – VİDEO

Lökbatan yolunda qorxulu anlar: Avtobus sərnişinləri ölümdən döndülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Tribunainfo.az xəbər verir ki, 164 nömrəli sərnişin avtobusu əsas yoldan çıxaraq üzü dəniz istiqamətinə getməli olub.

Hadisənin güclü külək səbəbindən baş verdiyi bildirilir. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, aprelin 16-da səhər saatlarında BMH MMC-nin müvəqqəti istismarında olan 164 nömrəli marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.