“Lökbatan Tibb Mərkəzi” ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, tibb mərkəzi İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 268.0.1-ci maddəsini pozub. Belə ki, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə, fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Tibb mərkəzinin işinə 10 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.
Nigar