Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist Loğman Kərimov işdən çıxıb.
Tribunainfo.az Report-a istinadla xəbər verir ki, o, bununla bağlı Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.
Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.
Bildirilib ki, Loğman Kərimov öz xahişinə əsasən vəzifəsindən azad edilib.