Mərkəzi Bank daha 3 valyuta mübadiləsi şirkətinin lisenziyasını dayandırıb. Belə ki, “Delta Capital”, “Meta-Kapital” və “Zuhur” valyuta mübadiləsi şirkətlərinin fəaliyyətinə son verib. Qurum tərəfindən verilən açıqlamada bildirilir ki, bu addım maliyyə bazarında təhlükəsizliyi təmin etmək və müştəri hüquqlarının qorunması məqsədilə atılıb.
Tribunainfo.az xəbər verir ki, valyuta mübadiləsi sahəsində fəaliyyət göstərən şirkətlər üçün lisenziyanın dayandırılması ciddi xəbərdarlıq xarakteri daşıyır.
Xatırladaq ki, bundan əvvəl 2024-cü ilin avqust ayında, həmçinin hazırda lisenziyası əlindən alınan “Zuhur” MMC və “Delta Capital” MMC şirkətlərinin vəzifəli şəxsləri qanunvericiliyi pozduqları üçün cərimələnmişdilər.
Ekspertlər hesab edirlər ki, bu addım həm bazardakı şəffaflığı artıracaq, həm də qeyri-qanuni əməliyyatların qarşısını alacaq.
Rəsmi məlumatlara görə, sözügedən şirkətlərin müştəriləri əməliyyatlarını başa çatdırmaq üçün müəyyən müddətə malikdir. Bu müddət ərzində vəsaitlərin təhlükəsiz qaydada çıxarılması təmin olunacaq.
Qeyd edək ki, ötən dövrdə də bir sıra mübadilə məntəqələrinin fəaliyyəti dayandırılmışdı. Bunun fonunda ölkədə rəsmi valyuta mübadilə məntəqələrinin sayı əhəmiyyətli dərəcədə azalıb.
Gülşən Rəsul