LİVİYADA CƏSƏD TORBASI QITLIĞI – ÖLÜLƏR DƏNİZƏ ATILIR, EPİDEMİYA TƏHLÜKƏSİbackend

LİVİYADA CƏSƏD TORBASI QITLIĞI – ÖLÜLƏR DƏNİZƏ ATILIR, EPİDEMİYA TƏHLÜKƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minlərlə insanın həyatını itirdiyi sel fəlakətindən sonra Liviyanın Derna şəhərində cəsəd torbası qıtlığı yaranıb.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, Danyal qasırğasının vurduğu şəhərə beynəlxalq yardımlar gəlməyə başlayarkən, itkilərin sayının 20 minə çata biləcəyindən narahat olan səlahiyyətlilər, yardım təşkilatlarından cəsədlərin toplanması üçün cəsəd torbaları və ekspert qrupu tələb edib.

Bələdiyyə Başçısı Abdülmenam əl Qeyti, “Dağıntılar altında və suda qalan çox sayda cəsəd səbəbiylə şəhərdə epidemiyaların yayılmasından narahatam” deyib.

Meyitlərin kütləvi şəkildə basdırıldığı şəhərdə iki xəstəxananın tamamilə morqlara çevrildiyi və yeni səhra xəstəxanasına ehtiyac olduğu qeyd edilib.

Şəhərdəki axtarış qruplarından birinin direktoru Lütfi əl-Misrati “Bizə cəsəd torbaları lazımdır” deyib.

Bildirilib ki, şəhərdəki səlahiyyətli qruplar cansız cəsədləri aşkar etmək üçün dəniz sahilində patrul xidməti həyata keçirib, üzə çıxarılan cəsədlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün Tobruka aparılıb.