Liviya Milli Razılıq Hökuməti Tripoli Hava Limanında nəzarəti ələ keçirib.
Qaynarinfo xəbər verir ki, ötən gün hökumət qüvvələri ilə General Xəlifə Həftərin rəhbərlik etdiyi ordu arasında silahlı qarşıdurmalar başlamışdı. Generala bağlı qüvvələr məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Xəlifə Həftər 4 apreldə Tripolini ələ keçirmək üçün əməliyyata başlayıb. General şənbə günü Tripoli Hava Limanını ələ keçirdiyini açıqlamışdı.
Tərəflər arasındakı qarşıdurmalarda bu günə qədər 21 nəfər ölüb, 27 nəfər yaralanıb.