“Liverpul” yenidən liderliyə yüksəldi – Video

“Liverpul” yenidən liderliyə yüksəldi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında 33-cü turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu turda çempionluq uğrunda “Mançester Siti” ilə amansız rəqabət aparan “Liverpul” “Sautqempton” səfərinə yollanıb.

Yurgen Kloppun komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək 2 günlük fasilədən sonra yenidən liderliyi ələ keçirib.

Qeyd edək ki, hazırda “Mançester Siti”nin 1 oyunu ehtiyatdadır.

“Sautqempton” – “Liverpul” – 1:3

Qollar: Lonq, 9 (1:0), Keyta, 36 (1:1), Salah, 80 (1:2), Henderson, 86 (1:3)