Rusiyadan Kalininqradı geri almaq lazımdır.
Rusiyadan Kalininqradı geri almaq lazımdır.
TİA.AZ xəbər verir ki, bunu Litvadan olan deputat Linas Balsis “Sülh 2017-ci ildə. Vilnüsdən baxış” konfransında çıxışı zamanı söyləyib. O, Avropa Birliyinin təcili bu məsələni müzakirə etməli olduğunu bildirib:
“Rusiya Kalininqrad üzərində haqqından Krımın anneksiyası zamanı məhrum olub. Bugündən etibarən keçmiş Şərqi Prussiyanın torpaqlarının statusunun beynəlxalq səviyyədə müzakirəsinə ehtiyac yaranır. Kalininqradın zamanı bitib. Kalininqrad Podstam və ya Helsinkidə Rusiyaya daimi istifadə üçün verilməyib. Burada deyilirdi ki, Kalininqradı SSRİ-nin tabeliyinə Avropada yekun sülh razılaşması imzalanan müddətə qədər verilir”.