Litva NATO Nizamnaməsinin 4-cü maddəsini aktivləşdirə bilər

Litva NATO Nizamnaməsinin 4-cü maddəsini aktivləşdirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Belarus ərazisindən gələn hava şarlarına görə NATO-ya müraciət edərək 4-cü maddə üzrə məsləhətləşmələrin aparılmasını xahiş edə bilər.

Tribunainfo.az  “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Litvanın Baş naziri İnqa Ruqinene bildirib.

O əlavə edib ki, Litva Belarusla sərhədi tamamilə bağlayır və öz səmasındakı bütün hava şarlarını vuracaq. Sərhədi yalnız diplomatlar və Belarusu tərk edən Avropa İttifaqı vətəndaşları keçə biləcəklər.

NATO Nizamnaməsinin 4-cü maddəsi alyans üzvlərindən hər hansı birinin ərazisi, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olduqda, üzv dövlətlərin bir-biri ilə məsləhətləşmələr aparmasını tələb edir.