“Little Stars”da uşağın qolu sındı – Hadisə gizlədilib – VİDEO

“Little Stars”da uşağın qolu sındı – Hadisə gizlədilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalanda fəaliyyət göstərən “Little Stars” uşaq bağçasında ciddi qalmaqal yaranıb.Tribunainfo.az xəbər verir ki, valideyn Turanə Məmmədova oğlu bağçada xəsarət almasına baxmayaraq, hadisə barədə ona dərhal məlumat verilmədiyini iddia edir.

Valideynin sözlərinə görə, azyaşlı oğlunun qolu sınıb, lakin bağça rəhbərliyi və işçilər bu barədə təxminən 2 saat ərzində susqun qalıblar.

Valideyn uşağın vəziyyətinə laqeyd yanaşıldığını, xəsarətin gizlədilməyə çalışıldığını bildirir. O, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etdiyini və artıq araşdırma aparıldığını qeyd edib.

Hadisə ilə bağlı rəsmi mövqe hələlik açıqlanmayıb.

Dəniz Pənahova