“Gigiyena və Sanitariya” MMC-nin gigiyena və sanitariya qaydalarını pozduğu məlum olub.
Tribunainfo.az xəbər verir ki, MMC-də aparılan yoxlama zamanı məlum olub ki, qurum İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Tibb mərkəzi ilə bağlı işə 24 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.
Nigar