Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.
Tribunainfo.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən “Sabah” da mərhələnin cavab matçına çıxıb.
Valdas Dambrauskasın komandası Bakıda “Levski”ni qəbul edib. Görüş Masazır təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Komandalar arasında Bolqarıstanda keçirlən ilk görüşdə “Levski” 90+8-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
Bununla da “Sabah” hazırkı mövsümdə avrokuboklardakı mübarizəsini dayandırıb.
14 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
20:00. “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan) – 0:2
Qollar: Kirilov, 40; Sula, 87
İlk oyun – 0:1
Baş hakim: Nikolay Balakin (Ukrayna)
Masazır. “Bank Respublika Arena”