Ermənistanın sabiq preziddenti Levon Ter-Petrosyanın keçmiş müşaviri, uzun müddət Qarabağ danışıqlarına başçılıq etmiş diplomat Jirair Liparityan Azərbaycan-Ermənistan münasibətləri, Vaşiqnton görüşü ilə bağlı geniş məqalə ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, o, 30 bənddən ibarət mövqeyini “Aravot” qəzetində dərc etdirib.
Liparityan bildirib ki, Vaşinqton razılaşması doğru addımdır. O fikirlərinin belə ümumiləşdirib: “İndi problem Ermənistan və Azərbaycanın Gürcüstanla birlikdə işləməsi və sülhə gedən yolun hər hansı bir xarici qüvvə tərəfindən pozulmasına imkan verməməsidir. Əks halda, onlar kənardan manipulyasiya və yenidən münaqişələr dövrünə qayıdacaqlar”.
Erməni diplomat qeyd edib ki, hər üçn paytaxt birlikdə hərəkət etməsə, Onlara “peşka” və ərazisindən yalnız boru kəmərlərinin keçdiyi ölkələr kimi baxılacaq. “Azərbaycan və Ermənistan artıq sübut etdilər ki, onlar öz suverenliyini gücləndirəcək yolu inkişaf etdirməyə qadirdirlər. İndi onu saxlaya bilirlər. Suverenlik həm də məsuliyyət daşıyır: ilk növbədə, suverenliyin həyata keçirildiyi xalqların üzərində”.
Fərda Uğur