ABŞ-ın “İnter Mayami” klubu Səudiyyə Ərəbistanında mövsümöncəsi təlim-məşq toplanışı zamanı bir neçə matç keçirəcəyini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, Florida klubu açıqlamasında komandanın Neymarın çıxış etdiyi “Əl-Hilal” və Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klublarına qarşı oynayacağını bildirib.
“İnter Mayami” – “Əl-Hilal” matçı yanvarın 29-da Ər-Riyadda, “Kinq Arena” stadionunda keçiriləcək. Fevralın 1-də isə ABŞ komandası həmin stadionda “Əl-Nəsr”lə qarşılaşacaq.
Xatırladaq ki, Messi ABŞ klubuna 2023-cü ilin yayında, Ronaldo isə Səudiyyə Ərəbistanı komandasına bu ilin yanvarında keçib.