Alimlər uzunmüddətli istifadəyə uyğun linzaların təsirini araşdırıblar. Məlumata görə, bu cür linzalar virusa yoluxma riskini dörd dəfə artırır.
London Kollec Universiteti və İngiltərədəki Moorfields Göz Xəstəxanasının alimləri uzun müddətli istifadəni təmin edən linzaların sağlamlığa birdəfəlik linzalardan dörd dəfə daha zərərli olduğunu bildiriblər.
Elm adamları uzun müddət istifadəni təmin edən linzaların duş qəbul edərkən və ya üzgüçülük zamanı çıxarılmalı olduğunu açıqlayıb. Alimlər belə linzaların gözə yoluxma riskini artırdığını açıqlayıblar.
Araşdırmalar nəticəsində uzun müddətli linza taxanlarda görmə qabiliyyətinə təsir edəcək göz infeksiyası riskinin birdəfəlik istifadə edilən modellərə nisbətən dörd dəfə yüksək olduğu ifadə edilib.
Bu linzaların gözdə iltihaba səbəb olan buynuz qişa infeksiyasına səbəb ola biləcəyi ifadə edilib. Acanthamoeba keratit adlı bu xəstəliyin görmə pozğunluğu, korluq və ya buynuz qişa nəqli kimi problemlərə səbəb ola biləcəyi açıqlanıb.
Tədqiqatda elm adamları, “aylıq linzalar” olaraq da bilinən linzalardan istifadə edənlərdə xəstələnmə riskinin təxminən 4 dəfə yüksək olduğunu qeyd edib. Belə linzalarla çimmək xəstələnmə riskini 3,3 dəfə, gecə bu linzalarla yatmaq isə 3,9 dəfə artırır.