LİMONUN BİLİNMƏYƏN FAYDALARI…backend

LİMONUN BİLİNMƏYƏN FAYDALARI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Limon C vitamini ilə zəngin olan ən faydalı bitkilərdəndir. Azərbaycanlılar limonu əsasən çayın yanında istifadə edirlər. Bəzən isə salatlara vurularaq qəbul edilir. Ancaq limonun daha başqa faydaları da var.

Tribunainfo.az yazır ki, stress bir çox insanın ümumi problemidir. Yataqda yuxuya gedə bilməməyinizə səbəb olur. Şkafın üzərinə limon qoysanız, gərginliyinizi alaraq sizə sakitlik bəxş edəcək. Araşdırmalara görə, limon qoxusu beyin dalğalarını və duyğularını rahatladır.

Limon bəlaya çevrilən, yatmağınıza mane olan ağcaqanadların ətrafınızda gecə boyu dolaşmasının, sizi dişləməsinin qarşısını alacaq. Limona batırılan mixək isə həm otaqda gözəl qoxunun yaranmasını təmin edəcək, həm də istənilməyən həşəratların sizdən uzaq durmasına kömək edəcək.

Həmçinin səhərlər yuxudan oyanmaq bir çoxları üçün əzablı olur. Limonu baş ucunuza qoymaqla isə oyanma müddətini daha aza endirmiş olacaqsınız, həmçinin, səhər enerjinizin artdığını hiss edəcəksiniz.

Limon dilimləri otağın havasını da təmizləyir. Hətta otaqda olan boya qoxusunun tez zamanda çıxmasını istəyirsinizsə, bu, əla vasitədir.