Liberman istefa verdi

Liberman istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib.
Azvision.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Libermanın özü açıqlama yayıb.

Qeyd olunub ki, Libermanın istefa qərarını məhz bu günlərdə Qəzzada atəşkəsin ciddi şəkildə pozulması və İsrail ordusunun yüksək rütbəli zabitinin ölümündən sonra verməsi diqqət çəkib. Onun istefası İsraildə erkən seçkilərin keçiriləcəyi ehtimalını artırıb.

Xatırladaq ki, Aviqdor Liberman 2016-cı ilin 30 may tarixindən bu günədək İsrailin müdafiə naziri olub.