backend

LİBERMAN AZƏRBAYCAN-İSRAİL MÜNASİBƏTLƏRİNDƏN DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsilli mərkəz “AZİZ” Neşer şəhər Mədəniyyət Sarayında İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə möhtəşəm bayram konserti keçirib.    

Azərbaycan əsilli mərkəz “AZİZ” Neşer şəhər Mədəniyyət Sarayında İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə möhtəşəm bayram konserti keçirib. 

Tədbir Heydər Əliyev Fondunun,Neşer şəhər bələdiyyəsinin və İsrail Absorbsiya Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirə Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, İsrailin müdafiə naziri Aviqdor Liberman, Neşer şəhərinin meri Avi Binamo, deputat, “ Nativ” Baş nazirliyinin konsulluq üzrə rəhbərliyi Knessetin Konstantin (Yoel) Razvozov, İsrailin Azərbaycandakı səfirliyinin müşaviri konsul Ron Şexter, Hayfa dairəsinin Absorbsiya Nazirliyinin rəisi Janna Petrovski və ABŞ-dan xüsusi olaraq gələn, əslən Azərbaycandan olan “ƏZƏM” Assosiasiyanın rəhbəri Oleq Mövsümov da qatılıb.

AzIzTV İsrailin müdafiə naziri Aviqdor Libermanın video təbrikini dərc edib.

 Xatırladaq ki, bu il İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd edilir.

İsrail 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanıyan ilk dövlətlərdən biri olub, 1992-ci il aprelin 7-də isə ölkələrarası rəsmi diplomatik münasibətlər qurulub. İsrail bir il sonra Bakıda öz səfirliyini açmışdır.

Bu illər ərzində İsrail prezidenti Şimon Peres, İsrailin baş naziri Benyamin Netanyahu və digər rəsmi şəxslər Azərbaycanı dəfələrlə ziyarət edib. Onların arasında İsrail- Azərbaycan münasibətlərinin memarı, müdafiə naziri Aviqdor Libermanı xüsusi ilə qeyd etmək istəyirik.

Simvolik olaraq məhz bu il 25 illikdə diplomatik münasibətlərin qurulması ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ekologiya naziri, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin rəhbərliyi ilə hökumətlərarası komissiya yaradılıb.


İlahə