lham Əliyev sabah BMT-də çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 19-da Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində BMT-nin mənzil-qərargahında ümumi siyasi diskussiya açılacaq.

 

Sentyabrın 19-da Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində BMT-nin mənzil-qərargahında ümumi siyasi diskussiya açılacaq.

TİA.AZ xəbər verir ki, sessiya iştirakçıları qarşısında 120-dən çox dövlət və hökumət başçıları, həmçinin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər.

Ümumi müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi barədə illik məruzəsini təqdim edəcək.

Ənənəyə uyğun olaraq, Baş Assambleyanın tribunasından ilk müraciəti ABŞ və Braziliya prezidentləri edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də günün birinci yarısında çıxış edəcək.

Türkiyə Prezidentinin çıxışı isə sentyabrın 19-u günün birinci yarısına planlaşdırılıb. Həmin gün Qətər əmiri, İsrailin baş naziri Benyamin Netanyahu da çıxış edəcəklər. Günün ikinci yarısında iclasda çıxış edənlər arasında Özbəkistan, Ermənistan və Estoniya prezidentləri olacaq.

Ümumi siyasi diskussiya sentyabrın 25-da başa çatacaq.