Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Leysan olacaq, şimşək çaxacaq

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.