Leyla Şıxlinskaya məhkəmədə ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülşən Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülşən Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda zərərçəkmiş şəxs qismində “Leyla Şıxlinskaya” klinikasının rəhbəri Leyla Şıxlinskaya ifadə verib. O, dəymiş ziyanın ödənilməsini istəyib.

İclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

Proses sentyabrın 22-də davam edəcək.

Qeyd edək ki, G. Məmmədovanın L. Şıxlinskaya ilə rəfiqə olduğu bildirilir. O, L. Şıxlinskayanın qiyməti 30 min manat olan brilliant üzüyünü satmaq adı ilə alaraq lombarda qoyub, pul götürüb.

G. Məmmədova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib. Onun barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.