“Leyla Medical Center”də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı – TƏFƏRRÜAT

“Leyla Medical Center”də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə Nazirliyinin “Leyla Medical Center”in fəaliyyətində aşkarladığı nöqsanlarla bağlı məhkəmə iclası başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmənin növbəti iclası mayın 2-nə təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Maliyyə Nazirliyi “Leyla Medical Center”in fəaliyyətində nöqsanlar aşkarlayıb. Klinikanın mühasibat uçotu üzrə qanunvericiliyin tələblərindən birini pozduğu məlum olub.

Buna görə nazirlik klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Klinikanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Məlumat üçün bildirək ki, “Leyla Medical Center”in həm də Dövlət Vergi Xidmətinə 10 000 manatdan çox vergi borcu yığılıb.