M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, AMEA-nın həqiqi üzvi, professor Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, AMEA-nın həqiqi üzvi, professor Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib.
TİA.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Əvvəlcə qonaqlar filarmoniyanın foyesində Arif Məlikovun kitablarından ibarət sərgisi ilə tanış olublar. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Arif Məlikovun yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışıb.
Bəstəkarın bu gün təqdimatı keçirilən 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” dövlətimizin başçısının dəstəyi sayəsində ərsəyə gəlib.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Dövlət Xor Kapellasının ifasında Arif Məlikovun “Vətən” vokal-simfonik poeması və “Təzadlar” adlı 6-cı simfoniyası səsləndirilib. Orkestri Xalq Artisti Rauf Abdullayev idarə edib.